MÜHƏNDİSLİK, TƏCHİZAT VƏ TİKİNTİ
EPC Kompleks Layihələrin Tam İcrası (Mühəndislik, Təchizat və Tikinti)
Mühəndislik, təchizat və tikinti sahələrində tam həll paketi təqdim edərək layihələri “açar təhvil” prinsipi ilə həyata keçiririk.
- Biz müştərilərimizə yalnız avadanlıq deyil, tam həll paketi təqdim edirik. Layihələri “açar təhvil” prinsipi ilə icra etməklə sifarişçilər bütün mərhələlərdə vahid məsul tərəfdaşla işləyir və prosesdə tam rahatlıq əldə edirlər.
Mühəndislik (Engineering)
– Ərazi və mövcud infrastrukturun detallı təhlili
– Enerji tələbatının hesablanması və sistemin optimal gücünün müəyyənləşdirilməsi
– Günəş panellərinin, inverterlərin, enerji saxlama sistemlərinin və digər komponentlərin texniki seçimləri
– Elektrik və konstruktiv layihə sənədlərinin hazırlanması
– Beynəlxalq standartlara (IEC, ISO və s.) uyğun dizayn həllərinin təqdim edilməsi
Təchizat (Procurement)
– Yüksək keyfiyyətli və sertifikatlı avadanlıqların seçilməsi və təmin olunması
– Etibarlı beynəlxalq istehsalçılarla əməkdaşlıq
– Avadanlıqların daşınma, gömrük və logistika proseslərinin idarə olunması
– Layihənin vaxtında və büdcəyə uyğun təchizatı
Tikinti və quraşdırma (Construction)
– Sahənin hazırlanması və infrastruktur işlərinin icrası
– Günəş panellərinin, inverterlərin, akkumulyatorların və digər avadanlıqların quraşdırılması
– Elektrik bağlantılarının, kabel xətləri və qoruyucu sistemlərin montajı
– İstismara hazırlıq üçün test və yoxlama işləri
– Layihənin tam işlək vəziyyətdə müştəriyə təhvil verilməsi
EPC modelimiz müştərilərə risklərin minimuma endirilməsi, vaxtın və resursların optimallaşdırılması, həmçinin tam hazır və istifadəyə yararlı alternativ enerji sistemi ilə təmin olunma imkanı verir.