LAYİHƏLƏNDİRMƏ
Alternativ enerji sistemlərinin effektiv və davamlı işləməsi üçün müasir texnologiyalar əsasında tam layihələndirmə xidmətləri təqdim edirik.
İlkin ehtiyacların təhlili və konsultasiya
- Müştərinin enerji istehlakı profili və tələblərinin öyrənilməsi - Mövcud infrastruktur və texniki imkanların qiymətləndirilməsi - Layihənin məqsədlərinin müəyyənləşdirilməsi (enerji qənaəti, müstəqillik, istehsal gücü və s.)
Ərazi və şəraitin analizi
- Yerində baxış və topoqrafik ölçmələrin aparılması - Günəş radiasiyası, kölgələnmə faktorları və hava şəraitinin öyrənilməsi - Mövcud elektrik şəbəkəsi, dam konstruksiyası və torpaq sahələrinin analizi
Texniki həllərin hazırlanması
- Optimal sistem gücünün hesablanması - Günəş panellərinin yerləşdirmə sxeminin hazırlanması - Hibrid inverterlərin, akkumulyatorların və digər avadanlıqların seçilməsi - Enerji saxlama və şəbəkəyə qoşulma imkanlarının nəzərə alınması
Simulyasiya və performans hesablamaları
- Müasir proqram təminatları ilə sistemin illik enerji istehsalının proqnozlaşdırılması - Enerji itkilərinin və səmərəlilik göstəricilərinin hesablanması - Layihənin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi (geri dönüş müddəti, qənaət və s.)
Texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması
- Avadanlıq siyahısının (BoQ) hazırlanması - Elektrik və konstruktiv layihə sənədlərinin işlənməsi - Təhlükəsizlik və ekoloji standartlara uyğunluğun təmin edilməsi
Texniki həllərin hazırlanması
- Avadanlıq siyahısının (BoQ) hazırlanması - Elektrik və konstruktiv layihə sənədlərinin işlənməsi - Təhlükəsizlik və ekoloji standartlara uyğunluğun təmin edilməsi