Haqqımızda

Green Life Engineering firması Azərbaycanda yaşıl enerji sistemləri üzərinə xidmət göstərən bir firmadır. Fəaliyyətə başladığımız 2021-ci ildən etibarən şirkətimizin əsas missiyaları içində davamlılıq prinsipi, müştəri məmnuniyyəti və ekoloji məsuliyyət böyük önəm kəsb etmişdir.

Davamlılıq prinsipi: Azərbaycanda yaşıl enerjiyə olan ehtiyacı bilirik və bu ehtiyacı ödəmək üçün daim innovativ həllər inkişaf etdiririk. Həmçinin, cəmiyyətimiz üçün gələcəkdə yaşıl enerjini daha əlçatan etməyə çalışırıq.

Müştəri məmnuniyyəti: Biz müştərilərimizə ən rahat, etibarlı və alternativ enerji həllərini təqdim etməyə söz vermişik. Layihələrimizin hər birində müştəri məmnuniyyətini ən yüksək səviyyədə tutmağı hədəfləyirik.

Ekolojik məsuliyyət: Daha təmiz ətraf mühit və  yaşana bilən dünya üçün biz fosil yanacaqları əvəz edə biləcək sıfır emissiyalı enerji həllərinə sərmayə qoyuruq. Karbon izimizi minimuma endirməklə təbiətə olan borcumuzu qaytara biləcəyimizə inanırıq.

Əsas hədəflərimiz isə innovasiya liderliyi, beynəlxalq əməkdaşlıq və sosial sərmayə təşəbbüsləridir.

İnnovasiya liderliyi: Alternatif enerji texnologiyalarında yenilikləri daim təqib edərək, bu sahədə ən qabaqcıl texnoloji tətbiqləri Azərbaycanda qurmaq üçün öz səyimizi göstəririk.

Beynəlxalq əməkdaşlıq: Biz qlobal günəş enerjisi bazarında iştirakla və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməklə Azərbaycanın günəş enerjisi sektorundakı mövqeyini gücləndirmək üçün addımlar atırıq. Enerji sistemləri, günəş panelləri üzrə dünyanın nüfuzlu şirkətləri ilə əməkdaşlıq edirik.

Təhsil və Maarifləndirmə: Cəmiyyətimizin günəş enerjisinin əhəmiyyətini dərk etməsi üçün biz təlim proqramları və maarifləndirmə kampaniyaları təşkil edirik.

Sosial sərmayə təşəbbüsləri: Alternativ enerjinin bütün cəmiyyətdə mənimsənilməsini təmin etmək üçün enerji infrastrukturu zəif olan kənd yerləri və regionlara xüsusi layihələr və dəstəklər təklif etməyi planlaşdırırıq. Beləliklə, biz bütün Azərbaycanın bu transformasiyada bərabər iştirakını təmin etməyə nail ola bilərik.

Görüldüyü üzərə həm dünyada, həm də ölkəmizdə böyük şirkətlərin alternatif enerji mənbəsindən istifadəsinə yüksək maraq var. Bunun nəticəsidir ki, alternativ enerji mənbələrindən istifadə həm ekoloji, həm də iqtisadi baxımdan günümüzün aktual məsələlərindən birinə çevrilib. Fosil yanacaqların məhdud resursda olması, ətraf mühitə ziyan vurması və iqlim dəyişikliyinə səbəb olması böyük şirkətləri alternativ enerji mənbələrinə yönəldir. Bu şirkətlər davamlı enerji həlləri ilə uzunmüddətli sabitlik, enerji xərclərinə qənaət, karbon izlərini azaltmaq və sosial məsuliyyətlərini yerinə yetirmək üçün imkanlar tapırlar. Xüsusilə istehlakçıların şüurunun artması ilə alternativ enerjinin mənimsənilməsi şirkətlərə təkcə ekoloji cəhətdən təmiz deyil, həm də bazarda rəqabətə davamlı olmaq imkanı verir. Buna görə də, alternativ enerjinin əhəmiyyəti ekoloji tarazlığın qorunması ilə yanaşı, qlobal iqtisadiyyatın davamlı inkişafı üçün də çox vacibdir.

Green Life Engineering

    Texniki servis

    Cart

    No products in the cart.

    Create your account