Külək enerjisi sistemlərinin quraşdırılması

Külək Enerjisi Sistemlərinin Quraşdırılması

Külək enerjisi ən geniş yayılmış səmərəli, təmiz və təhlükəsiz bərpa olunan enerji mənbələrindən biridir. Külək enerjisi küləyin gücündən, yəni hava axınlarının kinetik enerjisinin elektrik enerjisinə çevrilməsindən əldə edilir. Həmin kinetik enerjidən istifadə etmək və onu istifadəyə yararlı elektrik enerjisinə çevirmək üçün isə külək turbinindən istifadə edilir.

Külək turbinlərinin iki əsas növü var horizontal oxlu külək turbinləri və vertikal oxlu külək turbinləri.

Horizontal oxlu külək turbinlərində qüllə başında küləyə yönəldilən rotor valı və elektrik generatoru mövcud olur. Külək turbininin bu növü yüksək effektivliyə malikdir, çünki qanadlar həmişə küləyə perpendikulyar şəkildə hərəkət edirlər və fırlanma zamanında fasiləsiz enerji alırlar. Bundan əlavə olaraq, horizontal oxlu külək turbinləri aerodinamik səth və ətrafdakı külək arasında optimal bucağı seçmək üçün kömək edən dəyişkən qanad dirsəyi və daha güclü küləyə yol tapmaq imkanı verən uca qüllə kimi komponentləri ilə digər turbin növlərindən fərqlənir.

Vertikal oxlu külək turbinlərində rotor valı vertikal vəziyyətdədir. Bu quruluşun əsas üstünlüyü ondan ibarətdir ki, turbini küləyə yönəltmək lazım deyil və iri qüllə nadir hallarda istifadə olunur. Turbinlər yerə yaxın yerləşdirilir və onların istismarı asanlaşır. Küləyin çox dəyişkən olduğu ərazilərdə bu üstünlüyü daha aydın şəkildə görmək olar. Vertikal oxlu külək turbinlərində başlanğıc külək sürəti horizontal oxlu külək turbinlərinə nisbətən aşağıdır. Adətən onlar elektrik enerjisinin 2m/s külək sürətində istehsal edirlər.

Külək turbinlərinin quraşdırılması zamanı ərazinin qiymətləndirilməsi aparıldıqdan və müştəri razılığı əldə olunduqdan sonra mütəxəssislər tərəfindən quraşdırılma prosesinə başlanılır.

Quraşdırılma prosesidə bir neçə mərhələdən ibarətdir. İlk öncə quraşdırılacaq ərazi müəyyən edilməlidir. Yer seçimi ilə bağlı nəzərə alınmalı olan vacib faktorlardan biri quraşdırılmanın külək axının bol olduğu ərazilərdə olmasıdır. Yeni texnologiyalarda orta ölçülü külək turbinləri, yaşayış məntəqələrinin bir çox xüsusiyyətləri nəzərə alınmaqla istehsal edilir ki, bu da öz növbəsində aşağı sürətli külək mühitində eləcə də yaşayış binaları və obyektlərin üzərinə turbinlərin quraşdırılmasını asanlaşdırır.

Ərazi müəyyən olunduqdan infrastrukturun hazırlanması prosesinə başlanılır. Sahə turbinin quraşdırılması üçün hazırlanır – təməl struktur quraşdırılır.

İnfrastruktur quraşdırıldıqdan sonra turbinin komponentləri quraşdırılır. Komponentlərin quraşdırılması bitdikdən sonra elektrik naqilləri elektrik paylama sistemləri, o cümlədən qovşaq qutuları, transformatorları və keçid qurğuları ilə birləşdirilir.  Yaranan elektrik enerjisini son istifadəçilərə ötürmək üçün külək turbini birbaşa və ya yarımstansiya vasitəsilə elektrik şəbəkəsinə birləşdirilir. Quraşdırma bitdikdən sonra turbinin işinə nəzarət etmək üçün mütəmadi yoxlamalar, illik təmir planına müvafiq olaraq komponentlərin dəyişdirilməsi və nasazlıqların aradan qaldırılması da daxil olmaqla hərtərəfli texniki xidmətlər həyata keçirilməlidir.

Cart

No products in the cart.

Create your account