Günəş enerjisi sistemlərinin quraşdırılması

Günəş Enerjisi Sistemlərinin Quraşdırılması

Alternativ enerji mənbələrindən biridə günəşdir. Günəş enerjisi günəş radiasiyasından əldə edilir və günəş panelləri (həmçinin fotovoltaik və ya PV panellər kimi tanınır) daxil olmaqla müxtəlif texnologiyalardan istifadə edilərək əldə olunur.

Günəş panelləri silisium kimi yarımkeçirici materiallardan hazırlanmış çoxsaylı fotovoltaik hücrələrdən ibarətdir. Günəş işığı günəş panelinin səthinə dəydikdə, günəş işığındakı fotonlar yarımkeçirici materialdakı elektronları hərəkətə keçirdərək elektrik cərəyanı yaradır. Günəş panelləri adətən yaşayış, ticarət və ya sənaye obyektləri üçün yaşıl enerji istehsal etmək üçün müvafiq ərazilərdə yerləşdirilir. Günəş panellərinin müxtəlif növlərinə monokristal, polikristal, bifacial və sair daxildir. Onların hər biri səmərəlilik, qiymət və davamlılıq baxımından üstünlüklərə malikdir. Büdcə, enerji məhsuldarlığı, ərazi, davamlılıq və zəmanət, estetik görüntü və sair kimi meyarlar nəzərə alınaraq günəş panelləri seçilir və daha sonra quraşdırlma prosesinə keçid edilir.

Günəş panellərinin quraşdırlması bir neçə mərhələlərdən ibarətdir:

1 – ci mərhələ : Ərazinin dəyərləndirilməsi

Günəş panelləri quraşdırılmadan əvvəl mühəndislər tərəfindən ərazi dəyərləndirilir və panellərin quraşdırılması üçün ən uyğun və optimal mövqeylər seçilir

2 – ci mərhələ: Günəş panelinin strukturunun və sistemin müəyyən edilməsi

On grid sistem – şəbəkə ilə paralel sistemlərdir

Off grid sistem – şəbəkədən ayrı sistemlərdir, elektrikin olmadığı yerlər üçün daha münasibdir

Hibrid sistem – on grid və off grid sistemlərinin funksiyalarını özündə cəmləşdirir

3 – cü mərhələ: Sistem üçün avadanlıqların müəyyən edilməsi

İnverterlər, batareyalar, naqillər və birləşdiricilər, günəş enerjisi şarj tənzimləyiciləri və s.

4 – cü mərhələ: Montaj işləri

Panelin quraşdırılacağı yerdən asılı olaraq dayanaqlı konstruksiya işlərinin həyata keçirilməsi.

5 – ci mərhələ: Elektrik xətlərinin quraşdırılması

Günəş paneli sistemində elektrik xətlərinin quraşdırılması diqqətli planlaşdırma və təhlükəsizlik standartlarına riayət etməyi nəzərdə tutur.

6 – cı mərhələ: Monitorinq sistemi

Günəş panellərinin işini izləmək üçün monitorinq sistemi quraşdırılır. Monitorinq istənilən problemi operativ şəkildə müəyyən etməyə kömək edir və optimal enerji istehsalını təmin edir.

Cart

No products in the cart.

Create your account